Bakı və Abşeronda oğurluq edən 3 şəxs saxlanılıb

Hadisə

Bakı.Trend:

Nəsimi rayonu ərazisində yerləşən avtoservislərin birində
oğurluq hadisəsi qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, avtoservisdə çalışan ustanın çantasından 5000
manat pul vəsaiti oğurlanıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum
olunmuş 34 yaşlı F.Kamallı müəyyən olunaraq saxlanılıb.




Nizami rayonu ərazisində isə qeydə alınan oğurluq hadisəsi
zamanı ticarət mərkəzlərinin birindən 525 manat dəyərində
qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Kərimova
da saxlanılıb.

Bundan başqa, Abşeron rayonunda vətəndaşın itirdiyi bank
kartından 3014 manatını oğurlamaqda şübhəli bilinən 24 yaşlı
İ.İsgəndərli də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.