Minaya düşən şəxs MAXE imiş – FOTO

Hadisə

Kəlbəcərdə minaya düşən şəxsin hərbçi olduğu məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü Tanrıverdiyev Emin Möhübbət oğlu müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur (MAXE).

——-

22:10

Goranboy sakini Kəlbəcərdə minaya düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.

O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir