
Bakı. Trend:
Lerik rayonunun Ambu kəndində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Ambu kəndində
ümumi sahəsi 80 m² olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün
yanar konstruksiyaları 8 m² sahədə və evə bitişik yığılan 3 ton ot
bağlaması yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.