
Bakı.Trend:
Avqustun 6-da Xocalı şəhəri ərazisində Badara çayının sahilində
yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən
olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
araşdırmalarla yanğının Xocalı rayonunda qonaq olan 2008-ci il
təvəllüdlü Maarif Mirzəyevin ərazidə yandırdığı ocaqla ehtiyatsız
davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində
təxminən 40-50 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos
yanıb.
M.Mirzəyev məsuliyyətə cəlb olunub.
“FHN və DİN bir daha diqqətə çatdırır ki, açıq ərazilərdə ocaq
qalamaq və ya tüstülənməyə səbəb ola biləcək hərəkətlərə yol
vermək, xüsusilə də yay mövsümündə ciddi ekoloji və təhlükəsizlik
riskləri yaradır. Bir anlıq məsuliyyətsizlik on hektarlarla sahəni
məhv edə, təbiətə, kənd təsərrüfatına və insanlara böyük ziyan vura
bilər. Vətəndaşlar bu hallara səbəb olacaq əməllərdən çəkinməli,
təhlükəsizlik qaydalarına əməl etməlidir”, – məlumatda deyilir.