
Bakı.Trend:
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı
və dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı qeyd edilən cinayət əməlini
törətməkdə şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Ondan
ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə
zənginləşdirilən marixuana aşkarlanıb.
Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi
ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin
də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində
əməliyyat-istintaq tədbirləri davam etdirilir.