Arvadını amansızlıqla qətlə yetirən şəxsin növbəti məhkəmə prosesi keçirilib

Hadisə

Bakı.Trend:

Suraxanıda arvadını amansızlıqla qətlə yetirməkdə
təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə növbəti
məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə
prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxs həyat yoldaşının ona
xəyanət etməsindən şübhələnib. Evə gələrək onunla Suraxanı
rayonundakı parka gedərək onu qətlə yetiri. Təqsirləndirilən şəxs
sonuncuya ümumilikdə 9 bıçaq zərbəsi endirib.

Sonra zərəçəkmiş şəxsin hüquqi varisi ifadə verib. O bildirib
ki, təqsirləndirilən şəxs mərhum bacısına hər zaçan qəddarcasına
münasibət göstərib. Onu öldürməsinə də xəyanəti bəhanə gətirib.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O qeyd edib ki,
hadisəyə səbəb mərhum Sevinc Məhərrəmovanın ona xəyanət etməsi
olub.




“Mən onun uşaqlıq dostum Elnurla sevgi münasibəti olmasından
şübhələnmişdim. Mənə xəyanət edib. İkinci uşağın atası mən deyiləm.
Bu şübhə 11 il içimdə oldu. Sonra bu hadisə baş verdi. Cinayət işi
üzrə özümü təqsirli bilirəm.

Məhkəmənin növbəti prosesi 1 oktyabrda keçiriləcək.

Qeyd edək ki, hadisə aprel ayında Suraxanı rayonunun Qaraçuxur
qəsəbəsində baş verib. Qəsəbədə yerləşən parkların birində 39 yaşlı
Sevinc Məhərrəmova amansızca qətlə yetirilib. Hadisəni törətməkdə
şübhəli bilinən qadının həyat yoldaşı 35 yaşlı Natiq Məhərrəmov
saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi
açılıb.

Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2- ci (Xuliqanlıq
niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya
ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq,
silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə
edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə,
yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə
müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir