
Bakı.Trend:
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə
ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə
sərhədyanı rayonlarda əməliyyat tədbirləri intensivləşdirilib.
Trend Daxilli
İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cəlilabad rayonunda
keçirilən əməliyyat zamanı 50 yaşlı Cəlilabad rayon sakini Elşən
Şəmmədov tutulub.
Ondan 30 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana
aşkarlanıb.
Elşən Şəmmədov cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif
vasitələrdən istifadə etməsinə baxmayaraq onun ayrı-ayrı vaxtlarda
İran vətəndaşları ilə olan əlbirliyi və ölkə ərazisində narkotik
vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri olması
müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

