
Beyləqan.Trend:
Beyləqanda qohumlar arasında torpaq üstə düşən mübahisə zamanı
qadın özünə xəsarə yetirib.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, rayonun Birinci Şahsevən sakini
Həsənova Telnarə qardaşı arvadı ilə torpaq üstündə mübahisə
edib.
Belə ki, mübahisə zamanı əsəbləşən T.Həsənova özünə bıçaqla
xəsarət yetirib. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına
çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in
əməkdaşı baş vermiş mübahisədə özünə xəsarət yetirən qadınla bağlı
TƏBİB-ə sorğu göndərib.
TƏBİB-dən bildirilib ki, 06.08.2025-ci il saat 14:00 radələrində
Beyləqan rayonunda xəsarət alması səbəbilə 1 nəfər (qadın cinsli)
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“1973-cü il təvəllüdlü şəxsə qarın divarının açıq yarası
diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi xidmət göstərildikdən sonra müalicəsini
davam etdirməsi üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib”, – qurumdan
əlavə olunub.