Naxçıvanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)

Hadisə

Bakı. Trend:

Naxçıvanda narkotik vasitənin təsiri altında avtomobil idarə
edən sürücü saxlanılıb.

Trend-in məlumatına görə,
Babək rayonunda yol patrul xidməti əməkdaşları tərəfindən həyata
keçirilən profilaktik tədbirlər zamanı “Volkswagen” markalı
avtomobili idarə edən sürücü E.Məmmədov qaydaları kobud şəkildə
pozduğu üçün ona “saxla” işarəsi verilib.




Belə ki, sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhələr
yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin
narkotik vasitə istifadə etdiyi məlum olub.

E.Məmmədov barəsində inzibati protokol tərtib edilib.