Şəmkirdə mikroavtobus yük maşınına çırpılıb, 7 nəfər ölüb, yaralananlar var

Hadisə

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.