Şəmkirdə ağır yol qəzası baş verib, ölənlər var

Hadisə

Bakı. Trend:

Şəmkirdə ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə
Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən
keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes”
markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər
ölüb.




Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb
olunub.

Faktla bağlı araşdırma aparılır.