
Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində 5 nəfər: Ağstafa rayon Muğanlı kənd sakinləri – 1995-ci il təvəllüdlü M. Qəribov, 2004-cü il təvəllüdlü N. Qəribova, 1969-cu il təvəllüdlü K. Məmmədov və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Ş. Pənahova, eyni zamanda Gürcüstan vətəndaşı 1970-ci il təvəllüdlü B.Gözəlova.
Şəmkirdə ağır yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.