Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı – YENİLƏNİB

Hadisə

Şəmkirdə 7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb.

Milli.Az xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi “Mercedes” markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən “KAMaz” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

08:50

Şəmkirdə ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az