
Bakı. Trend:
Avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu
ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər
həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.
Trend
xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bilduirilib ki, hadisə “Mercedes Sprinter” markalı
mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş
verib.
Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam
etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq
araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə
əlavə məlumat veriləcəkdir.
xxx
08:40
Şəmkirdə ağır yol qəzası baş verib.
Trend xəbər verir ki, hadisə
Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən
keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes”
markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər
ölüb.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb
olunub.
Faktla bağlı araşdırma aparılır.