Sumqayıtda 57 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

Hadisə

Sumqayıtda 57 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.

“Report”un yerli bürosunun məlumata görə, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu şəhərin 4-cü mikrorayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin üçüncü mərtəbəsindən yıxılıb.

İlkin ehtimallara əsasən, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Ağır xəsarətlər alan Rasim Quliyev həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir