
Bakı.Trend:
Paytaxt sakini olan bir nəfər Nəsimi rayonu ərazisində qol
saatı, qızıl-zinət əşyası və pul kisəsinin oğurlanması barədə
polisə müraciət edib.
Trend Daxili
İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu
PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əməli
törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı
Z.Məmmədov saxlanılıb.
Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilən
tədbir zamanı isə ayrı-ayrı vaxtlarda iki şəhər sakininin 970
manatını və 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən,
əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü T.Cabbarov
saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.