Zaqatalada 70 yaşlı kişi su anbarında boğulub

Hadisə

Zaqatalada 70 yaşlı kişi su anbarında boğulub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kəpənəkçi kənd inzibati ərazisində İkipilləli Alazan Nasos Stansiyasında baş verib.

Rayonun Qandax kənd sakini 70 yaşlı İmran Musa oğlu İsayev su anbarına düşərək boğulub.

Hazırda İ. İsayevin meyitinin sudan çıxarılması istiqamətində iş aparılır.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılr.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir