Masallıda meşə massivində yanğın baş verib (VİDEO)

Hadisə

Bakı. Trend:

Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş
verib.

Trend
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Masallı
rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verməsi
barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri əraziyə cəlb olunub.




Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın
genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan
verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ha sahədə quru ot və kol-kos yanıb.

Meşə zolağı yanğından mühafizə olunub”,- deyə əlavə edilib.

Spread the love