Bərdədə avtomobil piyadanı vurub

Hadisə

Bərdə. Trend:

Bərdədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, rayon sakini Natiq Abdullayev
idarə etdiyi “KİA” markalı avtomobil ilə hərəkətdə olarkən digər
avtomobildən düşən Orxan Həsənovu vurub.




Nəticədə O.Həsənov müxtəlif dərəcəli xəsarət alaraq Bərdə
Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir