
Bakı. Trend:
Ağdərənin Suqovuşan qəsəbəsi ərazisində yerləşən meşə massivində
yanğın baş verib.
Trend-in Qarabağ
bürosunun məlumatına görə, alov sürətlə yayılaraq geniş əraziləri
əhatə edib. Yanğın zamanı ərazidə iki dəfə mina partlayışı qeydə
alınıb.
Yanğın baş verən əraziyə FHN-nin Ağdərə, Naftalan və Tərtər
rayon yanğınsöndürən briqadasının texnikası və canlı qüvvəsi cəlb
edilib. Hazırda yanğın geniş ərazilərə yayılmaqda davam edir.
XXX
21:43
Ağdərənin Suqovuşan qəsəbəsi ərazisində yerləşən meşə massivində
yanğın baş verib.
Trend-in Qarabağ
bürosunun məlumatına görə, alov sürətlə yayılaraq geniş əraziləri
əhatə edib. Yanğın zamanı ərazidə iki dəfə mina partlayışı qeydə
alınıb.
Ərazidə minaların çoxluğu Fövqəladə Hallar Nazirliyinin
yanğınsöndürmə qruplarının hadisə yerinə müdaxiləsini xeyli
çətinləşdirir. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.