Ağstafada qəza olub, 4 nəfər xəsarət alıb

Hadisə

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Kösgər kəndi yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı daşa çırpılıb.

Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir