Bakıda moteldə yanğın olub (VİDEO)

Hadisə

Bakı.Trend:

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə
yanğın baş verib.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri cəlb olunub.




Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 465
m² olan birmərtəbəli moteldə baş vermiş yanğın genişlənməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində motelin 4 otağının yanar konstruksiyaları 150
m² sahədə yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə
olunub.