
Ağdərə. Trend:
Ağdərədə yanğın olan əraziyə helikopter cəlb edilib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, gecə
saatlarından başlayan yanğın Suqovuşan qəsəbəsi yaxınlığında qismən
söndürülüb.
Yanğın dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə
aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti
və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.