
Bakı.Trend:
Avqustun 5-də Lerik rayonunun Çayrud kəndində yanğın hadisəsi
törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə bildirilib ki,
araşdırmalarla yanğının Çayrud kənd sakini 1987-ci il təvəllüdlü
Cavid Əliyevin həyətində biçilmiş ot sahəsini yandırması və
yanğının qonşusuna məxsus sahəyə keçməsi nəticəsində baş verdiyi
məlum olub.
C.Əliyev məsuliyyətə cəlb olunub.