Gəncədə həkimi müqaviləsiz işlədən klinika 20 min manat cərimələndi

Hadisə

Bakı.Trend:

Gəncə şəhər “İstanbul Genetics Klinika” Məhdud Məsuliyyətli
Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə
bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs
tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək
müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Gəncə
şəhər “İstanbul Genetics Klinika” MMC-də həkim mama-ginekoloq
vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən
edilib.




Faktla bağlı Gəncə şəhər prokurorluğunda MMC və MMC-nin
direktoru Seyfəddin Miriyev barəsində İnzibati Xətalar Məcəlləsinin
192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən
işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə
inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün
aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin
Gəncə-Daşkəsən Regional Şöbəsinə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində və
Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq qərarı ilə MMC-nin
vəzifəli şəxsi 4500 manat məbləğində inzibati cərimə edilib.