Bakıda motosiklet və skuter oğurlayanlar saxlanılıb

Hadisə

Bakı.Trend:

Bakının Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər gecə saatlarında paytaxt
sakinlərinin birinə məxsus motosikleti qaçırıblar.




Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlə qeyd edilən əməli törətməkdə şübhəli
bilinən 2 şəxs saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən həyata keçirilən tədbirlər zamanı isə vətəndaşların
birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan 4 şəxs
tutulub.

Faktlarla bağlı araşdırma aparılır.