
Ağdərə rayonu ərazisindəki dağlıq meşəlik ərazidə başlayan yanğın hələ də davam edir.
“Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə Suqovuşan kəndi yaxınlığında gecə saatlarında baş verib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri və helikopterlər cəlb olunsa da, yanğını tam nəzarət altına almaq mümkün olmayıb. Hazırda yanğınların geniş əraziyə yayılması müşahidə olunur.
Ağdərə rayonu ərazisində yanğının baş verdiyi əraziyə helikopterlər cəlb edilib.
“Report”un Qarabağ bürosunun məlumatına görə, Suqovuşan kəndi yaxınlığında gecə saatlarında başlayan yanğın söndürülüb.
Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri və üç helikopter cəlb olunub.
Hazırda dağ massivindəki meşəlik ərazidə yanğınların söndürülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Ağdərə rayonunda meşədə yanğının söndürülməsinə helikopter cəlb olunub.
“Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə Suqovuşan kəndi yaxınlığında gecə saatlarında baş verib və yanğın qısa müddətdə dağ massivindəki meşə hissəsinə keçib.
Ona görə də əraziyə Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.