
Tərtər. Trend:
Tərtərdə baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi
məlum olub.
Trend-in Qarabağ bürosu xəbər
verir ki, qəzada ölənlər Tərtər şəhər sakini “Opel” markalı
avtomobilin sürücüsü 1972 – ci il təvəllüdlü Mustafayev Ramin
Nurəddin oğlu, avtomobildə olan sərnişinlər ata və oğul 1974 – cü
il təvəllüdlü Quliyev Həbib İvan oğlu və onun oğlu 1998 – ci il
təvəllüdlü Quliyev Vidadi Həbib oğlu qəza zamanı hadisə yerində
ölüblər.
Faktla bağlı araşdırma aparılır
xxx
18:19
Tərtər-Ağdam yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in Qarabağ bürosu xəbər
verir ki, hadisə Hindarx Borsunlu yolunun Tərtər rayonunu
ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza “OPEL” markalı minik maşını ilə “KamAZ” markalı
avtomobillərin toqquşması nəticəsində baş verib. Nəticədə “OPEL”
markalı avtomobildə olan sürücü və iki sərnişin həyatını
itirib.
Hadisə yerində araşdırma başlayıb.