Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə

Yevlax-Mingəçevir avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə yolun Yevlax rayonunun Hacıselli kəndindən keçən hissəsində baş verib.

Belə ki, ötən gün saat 14 radələrində həmin yolda 1960-cı il təvəllüdlü Nazim Əli oğlu Tağıyevin idarə etdiyi “Vaz 21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü Asif Loğman oğlu Osmanovun idarə etdiyi “Honda CVR” markalı avtomobillər toqquşub.

Nəticədə “Honda” markalı avtomobildə olan sərnişin Xuraman Cəfərqulu qızı Xəlilova ölüb, digər 2 nəfər sərnişinlər Xalid Soltanməcid oğlu Xəlilov və İlahə Sehran qızı Xəlilova isə yaralı vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına daxil olub.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Spread the love