Yevlaxda avtomobil qəzası: bir nəfər həyatını itirib

Hadisə

Bakı.Trend:

Yevlaxda avtomobil qəzası baş verib, bir nəfər həyatını
itirib.

Trend xəbər
verir ki, hadisə avqustun 8-də Yevlax-Mingəçevir avtomobil yolunun
Hacıselli kəndindən keçən hissəsində baş verib.

Belə ki, 1960-cı il təvəllüdlü Tağıyev Nazim Əli oğlunun idarə
etdiyi “Vaz 21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü
Osmanov Asif Loğman oğlunun idarə etdiyi “Honda CVR” markalı
avtomobillər toqquşub.




Hadisə nəticəsində “Honda” markalı avtomobildə olan sərnişin
Xəlilova Xuraman Cəfərqulu qızı ölüb, digər 2 nəfər sərnişinlər
Xəlilov Xalid Soltanməcid oğlu və Xəlilova İlahə Sehran qızı isə
yaralı vəziyyətdə Mingəçevir ŞMX-na daxil olublar.

Faktla bağlı Yevlax RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət
işi başlanıb.