
Bakı. Trend:
Şabranda 1 nəfər itkin düşüb.
Trend
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Şabran
rayonu, Zeyvə kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi
barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb
olunub.
Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə işləri
nəticəsində vətəndaş, 1987-ci il təvəllüdlü Atakişiyev Zamin
Səxavət oğlu sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil
verilib”,- deyə məlumatda qeyd edilib.