FHN: Göyçayda qeydə alınan zəlzələ nəticəsində dağıntı və insan xəsarəti barədə məlumat daxil olmayıb – YENİLƏNİB

Hadisə

Göyçayda qeydə alınan zəzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

Bu barədə “Report”a FHN-dən məlumat verilib.

İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə “Report”a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:03-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4, dərinliyi 16 km olub.

Zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir