Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var 

Hadisə

Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.

Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində üç nəfər kənd sakini yaralanıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir