
Bakı. Trend:
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti
olmayıb.
Trend xəbər verir ki, bu
barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.
“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran
Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən,
09.08.2025-ci il tarixində yerli vaxtla saat 11:03-də İsmayıllı
stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonu ərazisində 4
maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti
barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil
olmayıb”, – məlumatda qeyd olunub.
xxx
11:20
İsmayıllı stansiyasından 35 kilometr cənub-qərbdə Göyçay
rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən
məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı
təkanlar yerli vaxtla saat 11:03:35-də 16 kilometr dərinlikdə qeydə
alınıb.