
Bakı. Trend:
Tərtərdə 34 yaşlı kişini it parçalayıb.
Trend-in Qarabağ
bürosunun xəbərinə görə, hadisə rayonun Hacı Qərvənd kəndində baş
verib.
Kənd sakini Məmmədov Elçin həyətlərində saxladığı itin hücumuna
məruz qalıb. Yaralı E.Məmmədov Tərtər Mərkəzi Rayon Xəstəxanasına
çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

