Ağdərədə yol nəqliyyat hadisəsi baş verib – Xəsarət alan var

Hadisə

Ağdərə. Trend:

Ağdərədə yol nəqliyyat hadisəsi zamanı 53 yaşlı Tərtər sakini
xəsarət alıb.

Trend-in Qarabağ
bürosunun xəbərinə görə, rayonun Suqovuşan qəsəbəsi ərazisində baş
verən qəza zamanı Tərtər rayon Şıxarx qəsəbəsi sakini Qəhrəmanov
Tofiq müxtəlif dərəcəli xəsarət alıb. Yaralı T.Qəhrəmanov Tərtər
Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.




Faktla bağlı araşdırma aparılır.