Gəncədə mübahisə zəminində iki nəfər bıçaqlanıb

Hadisə

Gəncə şəhərində mübahisə zəminində iki nəfər bıçaq xəsarəti alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü E. Məmmədov və 2001-ci il təvəllüdlü R.Rüstəmov mübahisə zəminində bıçaq xəsarəti alıblar.

Hər iki yaralı xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir