
Ağdam. Trend:
Ağdamda yenidən yanğın hadisəsi başlayıb.
Trend-in Qarabağ
bürosunun xəbərinə görə, yanğın rayonun Novruzlu kəndi ərazisində
başlayıb. Yanğın baş verən əraziyə FHN-nin Ağdam və ağcabədi
rayonlarının yanğınsöndürən əməkdaşları cəlb edilib.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam
etdirilir.