Xocavənddə başlayan yanğın meşə massivinə keçib

Hadisə

Xocavənd. Trend:

Xocavənddə başlayan yanğın meşə massivinə keçib.

Trend xəbər verir ki, rayonun
Çörəkli kəndi ərazisində baş verən yanğının alovu genişlənərək
meşəlik ərazisinə də keçib.




Hadisə yerinə FHN-nin Ağdam, Xankəndi, Füzuli və Xocavənd
rayonlarının yanğınsöndürən əməkdaşları texnika və canlı qüvvəsi
cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.