Tovuzda aşkarlanan meyitin kimliyi məlum olub – YENİLƏNİB

Hadisə

Tovuzda su arxının yaxınlığında tapılan meyitin şəxsiyyəti məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, cansız bədəni tapılan şəxs 1983-cü il təvəllüdlü A. Əsgərovdur.

Araşdırma nəticəsində hər hansısa cinayət faktı aşkarlanmayıb, başından aldığı xəsarət isə halı pisləşib yıxılan zamanı alıb.

Qeyd edək ki, mərhum ruhi-əsəb xəstəsi olub.

Tovuzda su arxının yaxınlığında kişi meyiti tapılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Dondar Quşçu kəndində aşkarlanan orta yaşlı kişi meyitinin kimə məxsus olduğu və onun ölüm səbəbi hələ məlum deyil.

Qeyd edək ki, meyitin baş nahiyəsində gözlə görünən xəsarət izləri də aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.