Magistrı yenicə bitirib qayıtmışdı – Qəzada öldü

Hadisə

“Ölkə.az” “Qafqazinfo”ya istinadla bildirir ki, bu gün saat 08 radələrində rayonun Qurbanəfəndi kəndi ərazisində “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub. 

Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, yaxınlarının paylaşdığı məlumata görə, Aydan bir ay əvvəl Pekin Universitetində magistr təhsilin bitirib qayıtmışdı.


Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir