Bakıda 2 otaqlı ev yanıb

Hadisə

Bakı. Trend:

Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 35 m² olan 2
otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yaxınlıqdakı ev
yanğından mühafizə olunub.




Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.