Bakıda itkin düşən uşaq polis əməkdaşları tərəfindən tapılıb

Hadisə

Bakıda evi tərk edən uşaq polis əməkdaşları tərəfindən tapılıb.

“Report”un məlumatına görə, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev xəbər verib.

“Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Abbasov Yusif Nurxan oğlu dediyinə görə Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir”, – N.Əliyev bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir