Şəhid atası qəzaya düşdü

Hadisə

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Bəydili kəndində qeydə alınıb.

Belə ki, Əfsun Əhmədlinin idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya düşüb.

Qəza nəticəsində sürücü və sərnişin Qəhrəman Bağırov suda boğulmaq təhlükəsi ilə üzləşib. Onlar yaxınlıqda olan kənd sakinlərinin köməkliyi ilə sudan çıxarılıblar. Ə.Əhmədli və Q.Bağırov müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, Q. Bağırov Vətən müharibəsi şəhidi Hikmət Bağırlının atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir