Qazaxda 25 ton ot bağlaması olan tövlədə yanğın olub

Hadisə

Bakı.Trend:

Qazaxda içərisində 25 ton ot bağlaması olan tövlədə yanğın
olub.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.




Bildirilir ki, rayonun Daş Salahlı kəndində ferma ərazisində
ümumi sahəsi 150 m² tövlənin yanar konstruksiyaları 30 m² sahədə və
içərisində yığılan 25 ton ot bağlaması yanıb.

Tövlənin, ot bağlamalarının qalan hissəsi və bitişik tikili
yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri
tərəfindən söndürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir