Abşeronda ev və avtomobil yanıb

Hadisə

Bakı.Trend:

Abşeron rayonunun Məmmədli kəndində ev və avtomobil yanıb.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Məmmədli kəndində ümumi sahəsi 120 m² olan
ikimərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 40
m² sahədə, evə bitişik sahəsi 50 m² olan talvarın yanar
konstruksiyaları, ümumi sahəsi 40 m² olan talvarın yanar
konstruksiyaları və altında dayanan “Chevrolet” markalı minik
avtomobilinin yanar hissələri yanıb.




Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə
olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir