Ağcabədidə 2 yük avtomobili toqquşub, sürücülər xəsarət alıb

Hadisə

Ağcabədi. Trend:

Ağcabədidə 2 yük avtomobili toqquşub, sürücülər xəsarət
alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən
gecə rayonun Qaradolaq kəndi ərazisində baş verib.

Belə ki, Ağcabədi rayonu Aşağı Avşar kənd sakini 1997 – ci il
təvəllüdlü Seymurov İsmayıl Vüqar oğlunun idarə etdiyi “KamAZ”
markalı yük avtomobili Biləsuvar rayon sakini 1962 – ci il
təvəllüdlü Nadirov Əhliman Xanoğlan oğlunun idarə etdiyi “KamAZ”
markalı yük avtomobili ilə toqquşub.




Hadisə yerinə FHN -nin xilasetmə qüvvələri cəlb edilib. Sıxılı
vəziyyətdə qalan Ağcabədi rayon sakini Ə.Nadirov deformasiyaya
uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım
briqadasına təhvil verilib.

Yaralılar Ağcabədi Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir