Azad edilmiş ərazilərdə 1 504 hektardan çox ərazi minalardan təmizlənib

Hadisə

Bakı.Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb
olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə
həftəlik məlumat açıqlanıb.

Bu barədə Trend-ə Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat
verilib.




Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa,
Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və
Zəngilanda 95 piyada əleyhinə mina, 48 tank əleyhinə mina, 97
Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 1 504 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.