Xocavənddə mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb

Hadisə

Bakı. Trend:

Xocavənd rayonunun Çörəkli və Yemişcanlı kəndləri istiqamətində
mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə
Hallar Nazirliyinin qüvvələri tərəfindən havanın isti və küləkli
olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən
məhdudlaşdırılıb.

Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hazırda yanğınların tam söndürülməsi
istiqamətində əməliyyat davam edir.

Bundan əlavə, Ağdərə rayonunun Ortakənd və Suqovuşan kəndləri
istiqamətində, həmçinin Zəngilan şəhəri ərazisində açıq sahələrdə
baş vermiş yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davam
etdirilir.




Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya
dəstəsinin helikopterləri iştirak edir.

Əlavə məlumat veriləcək.