
Bakı.Trend:
Ağdərə rayonunda baş verən yanğınların söndürülməsi
istiqamətində işlər davam edir.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonun Ortakənd və Suqovuşan kəndləri
istiqamətində, həmçinin Zəngilan şəhəri ərazisində açıq sahələrdə
baş vermiş yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davam
etdirilir.